Peşə təhsili müəssisələrinə qeydiyyatın son günü

Avqustun 27-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başa çatır.  

 

İxtisas seçimində müvəffəqiyyət qazanan şəxslər qeydiyyatdan keçmək üçün günün sonunadək təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

 

Gün ərzində sənədlərini peşə təhsili müəssisəsinə təqdim etməyənlər təhsil almaqdan imtina etmiş hesab edilir.

 

Qeyd edək ki, 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

 



27.08.2019 | 16:15