Bu il Azərbaycan Tibb Universitetinin (ATU) rezidenturasına qəbul olan rezidentlərin qeydiyyatına start verilib. Avqustun 26-da başlayan qeydiyyat prosesi sentyabrın 5-dək davam edəcək. Sənəd qəbulu hər gün saat 10.00-dan 18-ə qədər aparılır.
Qəbul üçün sənədlər ATU-nun rezidentura və magistratura şöbəsi tərəfindən yoxlanılır.
Qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Ali tibb təhsili haqqında diplom və surəti (4 nüsxə)
2. Şəxsiyyət vəsiqəsinin surəti (4 nüsxə)
3. Yaşayış yerindən arayış
4. Nigah haqqında şəhadətnamənin surəti (mövcud olduğu halda)
5. Uşağın doğum haqqında şəhadətnaməsinin surəti (mövcud olduğu halda)
6. Sağlamlıq haqqında arayış
7. Hərbi biletin surəti (mövcud olduğu halda)
8. Dövlət sığorta şəhadətnaməsinin surəti (mövcud olduğu halda)
9. Tərcüməyi- hal (geniş ailə tərkibi haqqında)
10. Kadrların şəxsi uçot vərəqi (3x4 ölçüdə fotoşəkilli yapışdırılmış, ev və mobil telefon nömrələri, qeydiyyatda olduğu və daimi yaşadığı ünvan).
11. Əmək kitabçası (mövcud olduğu halda)
12. Əmək müqaviləsi
13. 3x4 fotoşəkil (4 ədəd)
14. Fayl (2 ədəd)
15. Qovluq
|