5 yaşlı uşaqlara vahid məktəbli geyimi tətbiq edilməyəcək | |
Azərbaycanda məktəbəhazırlıq qruplarında vahid geyimin tətbiq edilməsi nəzərdə tutulmur. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva məlumat verib.
Müdir müavininin sözlərinə görə, oktyabrın 1-dən məktəblərə cəlb edilən balaca məktəblilərin, onlar üçün yeni olan mühitdə sərbəst olmaları daha məqsədəuyğun hesab edilib. “Məktəbəhazırlıq təlimi ibtidai təhsilin körpüsüdür. 5 yaşında uşaqları məktəbə ona görə cəlb edirik ki, məktəbin ab-havasına alışsınlar. Özlərini məktəbdə daha sərbəst hiss etmələri üçün təhsil müəssisələrinə cəlb etdiyimiz balacaların hər hansı çərçivəyə salınmasənın tərəfdarı deyilik”-, deyə İ. Abdullayeva qeyd edib. |
|
27.08.2019 | 12:21 | |
|
|
|