“Xarici dil – karyeraya aparan yol”

Aprelin 21-də Sumqayıt Dövlət Universiteti və Sumqayıt  Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Sumqayıt şəhər məktəblərinin  IX-XI sinif şagirdləri üçün  ilk dəfə olaraq xarici ( ingilis, rus, alman) dil fənni üzrə “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın I mərhələsi keçirilib.

 

Olimpiadanın təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması və  universitet-məktəblər arasındakı əlaqələrin genişləndirilməsindən ibarətdir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində təşkil olunan  fənn olimpiadalarında  iştirakçılarının sayı ildən-ilə çoxalır, əlaqələr uğurla inkişaf edir. Bu da şagirdlərin hərtərəfli, mükəmməl biliyə yiyələnməsinə xidmət edir.  

 

Qeyd edək ki, universitetdə ilk dəfə olaraq xarici dildən keçirilən fənn olimpiadası  2  mərhələdən ibarətdir. I mərhələ - şifahi mətnin oxuyub başa düşülməsi (reading) və leksik – qrammatik test blokları, II mərhələ - dinləmə (listing) və yazı (writing) blokları.

 

Bilik yarışında Azərbaycan və rus bölməsindən 240 şagird biliklərini sınayıb.

 

Olimpiadanın qalibləri  Sumqayıt Dövlət Universiteti və Sumqayıt Şəhər Təhsil Şöbəsinin Fəxri fərmanları və qiymətli hədiyyəri ilə təltif olunacaqlar



23.04.2018 | 13:11