BDU: “Sənəd qəbulunun asan keçməsi üçün zəruri tədbirlər görülüb” | |
2019/2020-ci tədris ili üçün Bakı Dövlət Universitetinə qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir.
16 fakültə və 65 ixtisas uzrə aparılan sənəd qəbulunun asan və rahat keçməsi üçün bütün zəruri tədbirlər görülüb.
Dekan və dekan müavinləri, tyutorlar və məsul şəxslərin iştirakı ilə aparılan sənəd qəbulu prosesinə həmçinin universitetin könüllü tələbələri də dəstək verirlər.
Qeyd edək ki, 23 mindən çox tələbəsi olan Bakı Dövlət Universitetinə hər il 5 mindən çox tələbə qəbul olur. BDU-nun Qazax filialı da daxil olmaqla ölkə ali təhsil müəssisələri arasında ən çox tələbə qəbulu bu universitetin payına düşür. |
|
20.08.2019 | 12:32 | |
|
|
|