Biləsuvarda yeni məktəb binası inşa olunur | |
Biləsuvarda Nizami Gəncəvi adına şəhər 1 nömrəli tam orta məktəb üçün yeni bina inşa olunur. Tikinti işləri Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən həyata keçirilir.
Məktəbin direktoru Xanımgül Abıyeva bildirib ki, 1176 şagird yerlik 4 mərtəbəli tədris müəssisəsi 5 korpusdan ibarətdir. Məktəbin 54 sinif otağı, 500 nəfərlik akt zalı, laboratoriyalar, kitabxana, hərbi hazırlıq kabineti, informatika və hesablama texnikası kabineti, 218 yerlik yeməkxanası var. Tikinti işləri başa çatdırıldıqdan sonra məktəb ərazisində geniş yaşıllıq sahəsi salınacaq.
Artıq binada son tamamlama işləri görülür. Hazırda binanın daxilində suvaq işləri aparılır, döşəmə vurulur, elektrik xətləri çəkilir, qapılar quraşdırılır.
Məktəb binası yeni tədris ilində müəllim və şagird kollektivinin istifadəsinə veriləcək.
Biləsuvarlılar dövlət başçısı İlham Əliyevə bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər.
Şakir CƏFƏROV
|
|
11.08.2019 | 11:21 | |
|
|
|