İdmançılar üçün yay düşərgəsi

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin “Zuğulba” Tədris İdman Bazasında idman-sağlamlıq düşərgəsi təşkil edilib.

 

Düşərgədə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yüksək nəticə göstərmiş idmançıları iştirak ediblər.

 

Karate, badminton, boks, stolüstü tennis, həndbol bölmələri üzrə 100 məktəbli idmançının qatıldığı düşərgədə hazırlanmış proqramlar əsasında onların məşq və istirahətlərinin səmərəli keçirilməsi təmin olunub.

 

Düşərgənin təşkil olunmasında məqsəd məktəblilərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların idmanda daha yüksək nailiyyət əldə etməsi üçün stimul yaratmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.

 



07.08.2019 | 15:45