Test imtahanında uğur qazananlara sertifikatların verilməsinə başlanılıb

Dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazananların sertifikatlarının verilməsinə başlanılıb.

 

Bu barədə  Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

 

Məlumatda bildirilir ki, iyulun 14-də keçirilən imtahanlardan uğurla keçərək sertifikat almaq hüququ əldə edən namizədlər Mərkəzin Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasına yaxınlaşmalıdırlar. Həmin namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə əldə edə biləcəklər.

 



07.08.2019 | 17:18