Olimpiada şagirdlərin inkişafında mühüm rol oynayacaq

“31-ci Beynəlxalq İnformatika Olimpiadasının Bakıda keçirilməsi yeniyetmələrin universitetlərə daha hazırlıqlı gəlmələrini təmin edəcək”.

 

Bunun ADA Universitetinin rektori Hafiz Paşayev deyib. Onun fikrincə, olimpiadanın keçirildiyi bir həftə ərzində prosesi izləyən məktəblilər olimpiadada iştirak etməyin və qalib olmağın üstünlüklərinin fərqinə varacaq.

 

“Bu prosesi izləyən hər bir şagird uğur qazanmaq üçün bu istiqamətdə istedadını mütləq inkişaf etdirməyə çalışacaq. Bu da olimpiadanın Azərbaycan üçün ən böyük faydasıdır”-, deyə H.Paşayev vurğulayıb.

 



06.08.2019 | 16:09