31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı onlar təmsil edəcək

Bu gün Bakıda dünyanın 5 böyük olimpiadasından biri - Beynəlxalq İnformatika Olimpiadası  (IOI) başlayır. Bu yarışda ölkəmiz adına 4 şagird mübarizə aparacaq.

 

Hər biri respublika fənn olimpiadalarında kəşf olunan təmsilçilərimizi daha yaxından tanıyaq.

 

 

Abutalıb Namazovun bu yarışda Azərbaycana medal qazandıracağına böyük ümidlər var. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi olan Abutalıb indiyədək həm respublika, həm də beynəlxalq fənn olimpiadalarında böyük uğurlar qazanıb. Respublika Fənn Olimpadalarında 2015-2016-cı tədris ili üzrə keçirilən informatika fənni üzrə iştirak edən Abutalıbın ilk medalı bürüncdən olub. 2016-2017-ci tədris ili üzrə keçirilən respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə də qatılıb və bu fənn üzrə bürünc, informatika fənni üzrə qızıl medala layiq görülüb. 2017-2018-ci tədris ilində riyaziyyat fənni üzrə gümüş medal, informatika fənni üzrə qızıl medal əldə edib. Ötən il, 2018-2019-cu tədris ili informatika fənni üzrə qızıl medal qazanıb.

 

Abutalıbın beynəlxalq olimpadalarda əldə etdiyi nailiyyətlər də kifayət qədərdir. Bolqarıstanda keçirilən EJOİ informatika fənni üzrə yeniyetmələrin  I Avropa, Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasının riyaziyyat fənni üzrə, Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa olimpiadalarının bürünc medalçısıdır. Abutalıb Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautikov olimpiadasında İnformatika fənni üzrə gümüş medal qazanıb.

 

 

 

 

İbrahim Tağızadə      Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir.

 

Ölkəmizdə həm 2017-2018-ci, həm də 2018-2019-cu tədris ilində  informatika fənni üzrə keçirilən olimpiadaların gümüş medalçısıdır.

 

İbrahim Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa və Beynəlxalq Meqapolislər olimpiadalarına qatılaraq hər iki yarışda bürünc medal qazanıb.

 

 

 

 

 

 

Murad Eynizadə də Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir. Respublika Fənn Olimpadalarında uğur qazanmağa 2016-2017-ci tədris ilindən başlayıb. İnformatika fənni üzrə həmin il qızıl medal, 2017-2018-ci tədris ilində gümüş medal, 2018-2019-cu tədris ilində qızıl medal qazanıb.

 

 

Beynəlxalq səviyyədə Azərbaycanı Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin  II Avropa və Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautikov olimpiadalarında təmsil edib. Birinci yarışda bürünc medal, ikinci yarışda isə gümüş medal əldə edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nəhayət, Fərhad Əzimov Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdidir. Fərhad indiyədək Respublika Fənn Olimpadalarında uğur qazanıb. Belə ki, 2016-2017-ci tədris ilində keçirilən respublika fənn olimpiadasında  informatika fənni üzrə bürünc medal, 2017-2018-ci tədris ilində  informatika fənni üzrə gümüş medal, 2018-2019-cu tədris ilində  gümüş medal əldə edib.

 

Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası onun beynəlxalq səviyyədə qatılacağı ilk yarış olacaq.

 

Komandamıza uğurlar arzulayırıq.

 

 

 

 

 



05.08.2019 | 16:55