Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib | |
Avqustun 2-də Təhsil nazirinin müavini Firudin Qurbanov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edib. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib.
Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsinə (transfer) aid məsələlər ilə bağlı müraciət ediblər.
Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
Firudin Qurbanov həmçinin Masallı Uşaq - Gənclər İdman Şahmat Məktəbi, Uşaq yaradıcılıq və inkişaf mərkəzi və Masallı Dövlət Regional Kollecində yaradılan şəraitlə tanış olub.
|
|
02.08.2019 | 18:04 | |
|
|
|