Uşaq və gənclər üçün yay istirahət düşərgəsi | |
Gənclər və İdman Nazirliyi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinə yaxın ərazilərdə, və cəbhə bölgəsində yerləşən rayonlarda yaşayan uşaq və gənclər üçün Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay istirahət düşərgəsi təşkil edib.
Düşərgədə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Füzuli, Ağdam, Tərtər, Xocavənd rayonlarından 100-dən artıq uşaq və gəncin yay istirahəti üçün hər cür şərait yaradılıb.
İyulun 27-dən avqustun 5-dək davam edəcək düşərgədə əyləncəli viktorinalar, üzgüçülük, intellektual qrup yarışları, kompüter oyunları və digər oyunlar uşaqların tam ixtiyarına verilib.
Sifai SƏFƏROVA
|
|
31.07.2019 | 20:02 | |
|
|
|