Aztəminatlı ailələr üçün yay düşərgəsi təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF-in birgə təşkil etdiyi 10 günlük yay düşərgəsinə start verilib.  

 

Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən istirahət mərkəzində təşkil olunan düşərgədə  aztəminatlı ailələrdən olan 6-16 yaş arasında 40 uşaq  qatılıb. Uşaqlar qruplara bölünərək düşərgədə qrup rəhbərlərinin nəzarəti altında yerləşdirilib.

 

Yay düşərgəsi zamanı asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi,  uşaqlarda liderlik keyfiyyətlərinin inkişafı, uşaqlar üçün həyati bacarıqlar mövzularında təlimlərin keçirilməsi və s. nəzərdə tutulub.

 

Düşərgədə uşaqların günlük fəaliyyətlərinin səmərəli keçməsi üçün maraqlı oyunlar da təşkil olunub.

 

   Sifai SƏFƏROVA

 



31.07.2019 | 18:57