Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır | |
Təhsil Nazirliyi “Ümumi təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilmiş layihə variantını ictimai müzakirəyə təqdim edir.
Layihə sənədi ilə bağlı rəy və təklifləri 2 ay müddətində office@edu.gov.az elektron poçt ünvanına göndərmək olar.
Qeyd edək ki, “Ümumi təhsilin dövlət standartları” sənədinin ilkin layihə variantı 2016-cı ilin noyabrında nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimai müzakirəyə təqdim edilib. Ötən müddət ərzində layihə sənədi pedaqoji kollektivlərdə, ekspert qruplarında, təhsil sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarında müzakirə olunub, müxtəlif rəy və təkliflər bildirilib. Eyni zamanda, 2018-ci ilin iyulunda təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə və 2019-cu ilin martında qəbul edilmiş “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş müddəalar nəzərə alınmaqla sənəd yenidən işlənilərək təkmilləşdirilib.
|
|
31.07.2019 | 16:18 | |
|
|
|