ADMİU-nun tələbəsi Beynəlxalq Yay Kino Məktəbində iştirak edib | |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino və Televiziya fakültəsinin Operator sənəti ixtisası üzrə 4-cü kurs tələbəsi Nicat Əhmədov S.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun təşkil etdiyi 11-ci Beynəlxalq Yay Kino Məktəbində iştirak edib.
100 yaşlı kino məktəbinin təşkilatçılığı ilə keçirilən yay məktəbinə Azərbaycanla yanaşı, Çin, Özbəkistan, Ekvador, Macarıstan və Belarusdan tələbələr qatılıb.
N.Əhmədov Beynəlxalq Yay Məktəbinin Animasiya seksiyasında iştirak edib. Seksiyanın əsas mövzusu Svetloqorsk şəhəri, onun tarixi, mifləri və əfsaənləri olub.
Tələbələr birlikdə böyük multimediya layihəsində iştirak edib, eləcə də kiçik qruplar şəklində eksperimantal və qarışıq texnikalar əsasında kiçik animasiya və multimediya süjetlərinin hazırlanması üzərində çalışıblar. Tələblərin hazırladığı işlər Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rəsmi saytında yerləşdirlib.
|
|
31.07.2019 | 12:43 | |
|
|
|