Amerikada STEM necə populyarlaşdı? | |
Science, technology, engineering, mathematics (STEM) - adətən təhsil sahəsində metodologiyanın müəyyən edilməsi, məktəblərdə və digər təhsil müəssisələrində elm və texnologiya sahəsində rəqabətqabiliyyətliliyin artırılması üçün tədris planının seçilməsi zamanı istifadə olunan termindir.
STEM - təhsil 2000-ci ildə ABŞ Milli Elm Fondunun direktoru Rita Kolvelin rəhbərlik etdiyi Milli Elm Fondunda keçirilən elmi təhsil üzrə müşavirədən az sonra ABŞ-da populyarlaşıb.
Müşavirədə ABŞ-da elmi-texniki ixtisaslar üzrə tələbələrin sayının azalması səbəbindən Amerikanın tez bir zamanda texnoloji liderliyi Çinə və Hindistana güzəştə gedə biləcəyini göstərən qiymətləndirmələr səsləndirilib. Tezliklə STEM metodologiyasının Amerika Birləşmiş Ştatlarının ən yaxşı 50 texniki universitetlərində tətbiq olunmasına başlanılıb.
ABŞ-dan sonra tezliklə Avropada da məktəb və digər təhsil sistemlərinin STEM-ə keçirilməsinin zəruriliyi haqda danışmağa başlayıblar. Orada bu mövzuya xüsusi diqqət Avropa Birliyinin aviasiya, kosmik və avtomobil texnologiyaları sahəsində lider mövqeyini itirmək təhlükəsi ilə əsaslandırılırdı.
Həm ABŞ-da, həm də Avropada belə əsaslandırmalar mövcuddur ki, təbii elmlərə maraq uşaq bağçasından və ya məktəbə daxil olduqdan sonra artarsa, orta məktəbdə STEM-in müvəffəqiyyət şansı əhəmiyyətli dərəcədə yüksək ola bilər.
STEM metodologiyası ibtidai məktəbin kiçik siniflərindən başlayaraq mühəndislik işlərinin hər bir hissəsi kimi texnikanın öyrənilməsini dəstəkləyir. Bununla yanaşı, STEM-təhsildə tez-tez 3D-printerlər kimi yeni texnologiyalardan istifadə olunur ki, bu da məktəblilərin marağını effektiv şəkildə stimullaşdırmağa imkan verir.
2006-cı ildə ABŞ-ın Elm, Texnika və İctimai Siyasət Komitəsi STEM-təhsilin gənclərin əhatə dairəsini genişləndirmək - elmi və riyazi təhsil proqramlarının təkmilləşdirilməsi, elm, riyaziyyat və texnologiya sahəsində əlavə tədris yolu ilə müəllimlərin bacarıqlarının möhkəmləndirilməsi, kollecə daxil olmağı və STEM-istiqamətlər üzrə təhsil almağı planlaşdıran tələbə axınının artırılması üçün tövsiyələr hazırlayıb.
Oruc MUSTAFAYEV |
|
31.07.2019 | 10:11 | |
|
|
|