Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi başa çatır

Dövlət İmtahan Mərkəzindən (DİM)  verilən məlumata görə, bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi başa çatır.

 

Mərkəzdən bildirilib ki, 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul 24 fevral və 26 may 2019-cu il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Müsabiqə şərtləri ilə buradan tanış olmaq mümkündür-http://dim.gov.az/upload/iblock/128/1284c9df379484067a87ab3d253624e6.pdf

 

Bakalavrlar boş qalan  yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün bu gün saat 23:59-dək  DİM-in internet saytının müvafiq səhifəsinə  daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər (https://www.e-gov.az/az/services/read/3149/0?tqdk_xdm=61).

 

Boş qalan  yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

 



30.07.2019 | 11:32