Bu il İngiltərə universitetlərinə daxil olmaq istəyənlərin sayı rekord həddə çatıb. Abituriyentlərin sayının kəskin surətdə artmasının səbəbi təhsil haqlarının illik 9250 funt-sterlinqdən 7500 funt-sterlinqə qədər azalmasıdır.
"Ucas" statistikasının məlumatına görə, bu il 275 520 nəfər Böyük Britaniyanın universitetlərinə daxil olmağa ərizə verib. Bu, ötən illə müqayisədə 2610 nəfər artıqdır. Şimali İrlandiyada builki məzunların 47 faizi (530 nəfər), Şotlandiyada 33 faizi (610 nəfər), Uelsdə 33 faizi (220 nəfər) ali məktəbə sənəd verib. Bundan əlavə, Avropa Birliyinin hüdudlarından kənardakı ölkələrdən sifarişlərin sayı 8% artıb. Bu il müxtəlif ölkələrdən 81340 məzun İngiltərə ali təhsil müəssisələrinə sənəd verib.
Oruc MUSTAFAYEV
|