STEM-təhsil evdən başlayır

Müasir dünya çox sürətlə dəyişir və təhsil sistemi həmişə bu dəyişikliklərlə ayaqlaşa bilmir.  Gələcək üçün müəyyən biliklər deyil, uşaqların yeni şəraitə asanlıqla uyğunlaşmasına imkan verəcək xüsusi bacarıqlar getdikcə daha çox əhəmiyyət kəsb edir.

 

STEM məhz bacarıqların inkişafı haqqındadır.  STEM-in açıqlaması  aşağıdakı kimidır: təbii elmlər, texnologiyalar, mühəndislik, riyaziyyat. STEM  yanaşmanın əsas ideyası texniki problemlərin  və onların həllinə yaradıcı yanaşmanın uyğunluğudur.  STEM-i  evdə də tətbiq edə bilərsiniz. Bunu necə edəcəyimizə  nəzər salaq.

 

Məktəbəqədər yaşda elmin öyrənilməsi ətraf aləmin müşahidəsi vasitəsilə təbii şəkildə baş verir. Valideynlərin vəzifəsi uşağın maraqlarını təşviq etmək və inkişaf etdirməkdir.

 

STEM yanaşmada ilk dərslər sadə birgə gəzintilərdir. İlin isti vaxtlarından  həşəratları, quşları, təbiəti müşahidə etmək üçün istifadə edilə bilər. Ev mətbəxi də məşğələ üçün gözəl yerdir. Orada kiçik bir laboratoriya təşkil edə bilərsiniz. Eksperimentlər üçün xüsusi texnoloji dəstlər ala bilərsiniz - onlar yaşa və istiqamətə görə bölünür. Fizika, biologiya, kimya dəstləri var.

 

Dərslər zamanı ən vacib məqam uşağa tapşırığın düzgün şəkildə necə aparılacağını izah etməyə tələsməməkdir.  Uşağa hipotezlər irəli sürməyə və onu yoxlamağa icazə verin,  qoy, prosesdə səhv etsin və səhvin haradan qaynaqlandığını özü anlasın.

 

Axı, elmdə və həyatda səhv də faydalı nəticədir. Səhv etmək,  müvəffəqiyyət və ya uğursuzluq risklərini və imkanlarını qiymətləndirərək hərəkət etməkdən qorxmamaq  STEM-yanaşmanı  inkişaf etdirən əsas bacarıqlardan biridir.

 

Oyun zamanı uşağa kömək etmək lazımdır, lakin prosesə  nəzarət etmək və  problemin  həllini onun əvəzinə düşünmək olmaz.

 

Evdə istənilən dərslər və eksperimentlər valideynlərin dəstəyi ilə keçirilməlidir, lakin sərt nəzarət altında deyil. Uşaq səhv etməyi,  düzgün kömək istəməyi,  bu və ya digər tapşırığı yerinə yetirərkən uğursuzluq səbəblərini formalaşdırmağı öyrənməlidir.

 

 

Uşaqlara öyrənməni öyrətmək üçün texnologiyalardan istifadə

 

 

STEM-təhsildə insanlar tərəfindən icad edilmiş bütün alətlər  texnologiyalar hesab edilir. Bu alətlər bizim həyatımızın sadələşdirilməsi üçün lazımdır. İndi valideynlərin çoxu uşaqların  qadjetlərə marağından  narazıdır,  uşaqlar smartfonları əldən vermirlər. Əslində, bunda pis  heç nə yoxdur, sadəcə, uşağa yeni biliklərin alınmasında həmin smartfonların necə gərək olacağını başa salmaq və göstərmək lazımdır. 

 

Yeni texnologiyalar məntiqi düşüncəni yaxşı inkişaf etdirir. Artıq üç yaşdan uşaqlar proqramlaşdırmaya yiyələnə bilər. Bundan ötrü kiçikyaşlı uşaqlar  üçün, məsələn, LEGO Education Coding Express kimi konstruktorlar var.

 

Texnologiya və qadjetlər  təhsilin düşmənləri deyil, köməkçiləridir. Əsas odur ki, uşağın maraqlarını yönləndirin və ona sadə bir smartfon və ya planşetin  yeni biliklər əldə etməyə və yeni bacarıqlara sahib olmağa kömək edə biləcəyini izah edin.

 

 

Uşağın ixtiralarını təşviq etmək

 

 

Bəşəriyyət ixtiraların sayəsində inkişaf edir,  uşaqlar isə, əsas ixtiraçılardır. Valideynlərin vəzifəsi uşaqlar üçün elə bir mühit yaratmaqdır ki,  o, öz ideyalarını reallaşdıra bilsin.

 

Uşaq ideyalarının təcəssüm etməsi üçün ən universal alət  LEGO kərpicləri və başqa konstruktorlardır.  LEGO-dan Education xəttinə diqqəti yönəltmək  məsləhət görülür.  Bu dəstlərdə  uşaqlar təlimata uyğun model yarada və ya öz şəxsi modellərini fikirləşə bilərlər. 

 

Konstrukturlaşdırma uşağa məkan və yaradıcı düşüncəsini inkişaf etdirməyə kömək edir. Belə bir fəaliyyət eyni dərəcədə həm oğlanların, həm də qızların xoşuna gəlir. Və əgər yaradılan modellərə bir azacıq elektronika əlavə edilərsə, konstruktorla oyun daha maraqlı olacaq.

 

Uşaqlar ixtiralar düşünməyi və icad etməyi sevirlər. Valideynlərin vəzifəsi bu marağı dəstəkləmək və inkişaf etdirməkdir.

 

 

Yaradıcılıq üçün şərait yaratmaq

 

 

Yaradıcılıq istənilən yaşda uşaqlarda yaradıcı düşüncənin inkişafı üçün fəaliyyətin ən məhsuldar növüdür. Bütün valideynlərə evdə yaradıcılıq üçün boş sahə yaratmağı məsləhət görərdik, deyək ki,  bütün yaradıcılıq materialları istənilən vaxt uşağa əlçatan olsun.  Balaca uşaqlar üçün böyük kağız vərəqləri uyğun gələcək - barmaq rəngləri, yumşaq plastilin. Daha yaşlı uşaqlar  üçün isə yığma oyuncaqlar və sadə konstruktorlar uyğundur.  Bütün bunlar şkaflarda bağlı qutularda gizlədilməməli, uşaqlar üçün əlçatan yerdə olmalıdır.

 

Bütün yaradıcılıq materialları yaxşı keyfiyyətdə və uşağın yaşına uyğun olmalıdır. Əsas parametr - yaradıcılıq materialı özünün  istifadəsinin çətinliyi ilə uşağı yayındırmamalıdır. Yəni, rənglər yaxşı çəkilməli, plastilin yumşaq  və daha yaxşı yapışma qabiliyyətli olmalıdır.  Yaradıcılıq materiallarının müxtəlifliyinə cəhd etmək lazım deyil. Əsas odur ki, onlara həmişə giriş olsun.

 

Yaradıcılıqla məşğuliyyətlər bəzən valideynlərin  otağın təmizliyi baxımından qayğısını artırır, lakin bu işə uşağı da qoşmaq olar.  Uşağa məşğul olduğu yeri özünə təmizlətməyi  öyrətmək “siz - birlikdə-müstəqil” prinsipi əsasında olar. Bu prinsip əvvəlcə uşağa təmizlik işlərini sizinlə birlikdə görməyi təklif etməkdir.  İlk vaxtlarda uşaqlardan sizə kömək az olacaq,  amma sizin vəzifəniz ona nail olmaqdır ki, o,  təmizləmə zamanı yanınızda olsun. Zamanla o daha çox prosesə qoşulacaq və sonra vaxt gələcək, sizin köməyiniz olmadan bu işin öhdəsindən gəlməyə başlayacaq.

 

Uşaq üçün yaradıcılıq məkanı nə qədər böyük olarsa, bir o qədər gələcəkdə böyük yaşlarda istənilən məsələləri yaradıcılıqla həll etməyi  öyrənəcək və istənilən problemlərin həllinin ən effektiv yollarını tapa bilmək şansı olacaq.

 

 

Riyaziyyatı sevməyi öyrətmək

 

 

Riyaziyyatı öyrənmək və riyazi düşüncəni inkişaf etdirməyə istənilən uşağın gücü çatır. Humanitarlar və riyaziyyatçılar haqqında şablon çoxdan köhnəlib.  STEM-yanaşma çərçivəsində riyaziyyatın öyrənilməsi  tapşırıq nümunələri və darıxdırıcı məsələlərin həlli vasitəsilə yox,  məhz oyunlar vasitəsilə baş verir.

 

Valideynlərə riyazi oyunlara dair bir neçə kitab və riyazi dəstləri  almağı məsləhət görmək olar. Məsələn, riyaziyyatın erkən öyrənilməsi  üçün valideynlərə Jenya Katsın  “Riyaziyyatla piroq” vəsaitini almaq  əla seçim olardı.  Bu kitabçada məsələlər 3 yaşdan 7 yaşadək uşaqlar üçün nəzərdə tutulub və dərslik üzrə heç də  cansıxıcı məşğuliyyətlər kimi  qəbul edilmir.

 

Erkən yaşda riyaziyyatla məşğuliyyət  oyun  ətrafında qurulmalıdır.  Prosesin təşkili üçün xüsusi kartlar,  plakatlar, qeyri-adi məsələlərlə təmin olunmuş vəsaitlər  məqsədəuyğun olardı.

 

 

Evdə STEM - bacarıqlarının inkişafı üçün nələr lazım olacaq

 

 

* Tədqiqat dəstləri. Oyun formasında uşağa diqqətli olmağı öyrətmək,  sadə fiziki, bioloji və kimyəvi proseslər barədə məlumat vermək üçün tədqiqat dəstləri çox əhəmiyyətlidir.

 

* STEM-konstruktorlar.  Sadə məsələləri qeyri-standart üsulla həll etməyi öyrətmək,  modelləşdirmə və məkan düşüncəsinə dair bacarıqları mənimsətmək üçün vacibdir.

 

* Yaradıcılıq üçün məhsullar: plastilin, karton, rənglər, şəkillərin yaradılması üçün dəstlər və bir çox başqa əşyalar. Bütün bu materiallar əlçatan yerdə olmalıdır ki, uşaq həmişə nəsə yeni bir şeyi yaratmaq həvəsini  reallaşdıra bilsin.

 

* Valideynlər.  Onlar  həmişə yaxında və istənilən oyunda iştirak etməyə hazır olacaqlar. Öyrənmə prosesində övladlarına kömək edəcək, lakin prosesə müdaxilə  etməyəcəklər.

 

Oruc MUSTAFAYEV



26.07.2019 | 17:08