“Müəllimlərə qarşı təzyiqlərə son qoymaq lazımdır” | |
Amerikalı müəllim Culiya Marburqer (Yuta ştatı, Riçmond şəhəri) məktəb rəhbərliyi, şagirdləri və onların valideynləri barədə yazdığı şikayət məzmunlu statusunun 400 mindən çox istifadəçi tərəfindən paylaşılmasından sonra bütün Facebook-da məşhurlaşıb. “Bu gün mən valideynlərlə insidentdən sonra emosional olaraq işləmək qabiliyyətimi itirdiyimdən məktəbi tərk etməyə məcbur oldum. Mən artıq bu ilin sonunda məktəbi tərk etməyə qərar vermişdim, lakin bu gün baş verənlərdən sonra belə uzun müddətə məktəbdə qalıb işləyəcəyimi deyə bilmirəm. Valideynlər mənə qarşı çox nəzakətsiz oldular, onların uşaqları isə daha pis nəzakətsizlik göstərdilər. Məktəb administrasiyası belə vəziyyətlərdə həmişə, deyəsən, xoşbəxt valideynin tərəfini saxlamaqla səhvə yol verir, bu isə mənə müəllimliyimi davam etdirməyə, yəni uşaqları öyrətməyimə imkan vermir”.
Daha sonra müəllim şagirdləri ilə baş vermiş insidentdən sonra sinfindəki görüntüləri əks etdirən şəkilləri statusuna əlavə edib. Şəkillərdə səpələnmiş kitabları və texnikanı, döşəmədə zibil, cırılmış dərsliklər və kimlərinsə döşəməyə atdığı saqqızı görmək olar. O, baş verənlərə görə uşaqları məsuliyyətə çağırmağa çalışıb, ancaq valideynlərdən biri müəllimin haqlı olmadığına qərar verib və onu bütün uşaqların gözü qarşısında kobud surətdə təhqir edib.
“Mən yazıma sinif otağımdakı şəkilləri daxil edirəm. Bunlar son 2 gündə sinfimdə gördüklərimdir. Bu mənim və şagirdlərimin hər gün olduğu sinifdir. Nəzərə alın ki, şagirdlərim tərəfindən zərər vurulmuş və ya məhv edilmiş bir çox predmet mənim şəxsi əmlakımdır və ya onları özüm üçün almışam. Çünki məktəbin büdcəsi yoxdur. Mənim, nəhayət, sinifdə uşaqların məhəl qoymadıqları şəxsi və məktəb mülkiyyətində olmayan kifayət qədər əşyam var ki, onların da üstündən xətt çəkirəm, hansılar ki, onlara görə də çox narahatam...”.
Amma indi mən, ehtimal ki, həftənin bütün günlərini qəzəblənmiş valideynlərin zənglərinə və elektron yazılarına cavab verməklə keçirməli olacağam, onların uşaqlarını mən niyə imtahanda kəsmişəm. Məktəb rəhbərliyi də məndən izahat tələb edəcək ki, niyə mən şagirdlərin çoxunun uğursuzluğa uğramağına imkan vermişəm, onlara lazımi dəstək göstərməmişəm, baxmayaraq ki, praktik olaraq onların uğur qazanmaları üçün hər şeyi etmişəm. Və mənim sinfimdə müəllimə qarşı davranış daha çox pisləşəcək. Mən bunu gözləyirəm, çünki bu, hər gün baş verirdi. Mən heç vaxt insanların öz ürək və canlarını qoyduqları, vaxtlarını sərf etdikləri, öz evindən və ailəsindən belə resursları sərf etdikləri, bunun əvəzində təhqiredici dərəcədə az maaş aldıqları ikinci peşə barədə eşitməmişəm. Müəllimlər - mənim həyatda nə vaxtsa rastlaşdığım ən xeyirxah insanlardır, amma onlarla belə hörmətsiz davranırlar. Valideynlərin əksəriyyəti öz uşağıyla gündə bir-iki saat vaxt keçirə bilmir, amma biz bütün günü 8 saat ərzində şagirdlərlə vaxt keçiririk. Bir az ümumi nəzakət və vətəndaş söhbəti xahiş etmək həddən artıq çoxdur? Bu mənim arzum idi. Xatırlayıram ki, mənim öz sinif otağım var və indi mənim ürəyim sınıb. Bu iki ildə o qədər məyus olmağa başladım ki. Bu, demək olar ki, mənim digər müəllimlərdən eşitdiyim sözlərdir və onlar kütləvi surətdə məktəbi tərk etməyə başlayıblar. Əgər müəllimlərə qarşı sui-istifadə hallarına son qoyulmasa, bu ölkədə müəllimlərin böhranı baş verəcək. Müəllimlərin öz işləri ilə məşğul olmalarına imkan vermək və onlara qarşı təzyiqlərə son qoymaq lazımdır. Bu, bütün cəmiyyətimizi bürüyəcək meşə yanğınları kimi bir problemdir. Bu, cəmiyyətə qarşı haqsızlıqdır və daha çox da uşaqlara qarşı ədalətsizlikdir. Bu, uşaqların müvəffəqiyyətli və xoşbəxt olmalarına kömək etməyəcək. Çoxları deyəcəklər ki, mən sosial şəbəkələrdə belə şeyləri dərc etməməliyəm... Mən təhsili inkişaf etdirməli və pozitiv olmalıyam. Amma mənim üçün artıq fərqi yoxdur. Nə vaxtsa bu peşəyə qarşı yaşadığım ehtiras məni tamamilə tərk edib. Ola bilər, mən ağlın səsi ola bilərəm”.
Daha sonra C.Marburqer postunu yeniləyib və dəstək üçün Facebook istifadəçilərinə təşəkkür edib. O, etiraf edib ki, özünə qarşı belə bir diqqət gözləmirdi və buna öyrəşmək üçün ona bir neçə gün vaxt lazım olacaq.
O, əlavə edib ki, həqiqətən oxumağa çalışan yaxşı tələbələri, onu anlayan valideynlər var: “Onlara minnətdaram və ümid edirəm ki, mən onları incitmədim. Ancaq mən həmçinin onların adından da məyusluq hiss edirəm”.
Şərhlərdə insanlar Culiyə öz dəstəklərini ifadə edib, onun vəziyyətini anladıqlarını vurğulayıblar. Müəllimlər başlarına gələn oxşar tarixçələri bölüşüblər. Bəziləri isə ona dövlət məktəbini özəl məktəbə dəyişməyi və ya onlayn tədrisə başlamağı təklif ediblər.
Lisa Torcasso Doving öz şərhində Marburqerə etiraflarına görə minnətdarlığını bildirir və əlavə edir ki, ölkədə müəllim böhranı cəmiyyətdə digər problemlərə gətirir. Monik Kristensenə görə, bu gün müəllim olmaq çox çətindir və bu, ABŞ üçün çox kədərli haldır. Harold Combs isə təhsildə baş verənlərə görə ölkənin gələcəyi ilə bağlı təşviş keçirdiyini bildirib.
“Mən çox təəssüflənirəm. Şagirdləriniz sizin üçün darıxacaqlar! İş yerlərində müəllimlərə qarşı bu cür hörmətsizliklər uğursuz cəhdlərdir. Saatlarla qan-tər tök və qəpik-quruş al. Mən sizin dərdinizə şərik oluram. Mən də məktəbdən ayrıldım, şagirdlərimə görə yox, məktəb rəhbərliyi və valideynlərə görə”,- deyə Cennifer Evans yazır.
Bəzilləri müəllimə qarşı baş verənlərin çox kədərli və iyrənc olduğunu bildirir, belə bir məlumatı sosial şəbəkədə yaydığına görə ona minnətdarlıq edirlər: “Bunu çoxları oxumalıdır. Baş verənlər açıqca şərəfsizlikdr”. Vətəndaşlar Amerikada üzləşdikləri hörmətsizlik və təhqirlər üzündən müəllimlərin məktəbdən getməsinin ölkə miqyasında artıq bir normaya çevrilməsindən narahatlıqlarını ifadə ediblər.
Culiya Marburqer məktəbdə yaşadığı həqiqətlərdən danışır. Amerika isə həqiqətləri kənarda axtarır...
Oruc MUSTAFAYEV |
|
20.04.2018 | 11:27 | |
|
|
|