Müəllimlərin işə qəbulu imtahanlarında 29 sualda texniki qüsur müəyyən edilib | |
Müəllimlərin işə qəbulu imtahanlarında sualların yoxlanılması zamanı ekspertlər, ümumilikdə Azərbaycan bölməsində 20, rus bölməsində 9 sualda texniki qüsur müəyyən ediblər. Bunu Təhsil Nazirliyinin Insan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu suallar ümumi sualların 0,54 faizini təşkil edib: “Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur. İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdırsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balına hesablanmasında nəzərə alınacaq”.
M.Camalzadə əlavə edib ki, bununla yanaşı texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlardan olan qüsur izah olunacaq. Yekun nəticələr isə sabahdan hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək. İyulun 27-dən başlayaraq namizədlər şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apelyasiya qaydasında müraciət edə bilər. Həmin müraciətlər iyulun 29-da qədər qeydiyyata alınacaq. Müraciətlərin nəticələri avqustun 6-a qədər şəxsi səhifəyə göndəriləcək.
M.Camalzadə onu da deyib ki, m üsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək. Bu il müsabiqəyə ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir.
|
|
25.07.2019 | 16:33 | |
|
|
|