Təhsil Nazirliyi məktəb seçimi edəcək namizədlərə diqqətli olmağı tövsiyə edib | |
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək məktəb seçimi edəcək namizədlərə daha diqqətli olmağı tövsiyə edib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bu gün keçirilən mətbuat konfransında vurğulayıb ki, namizədlər işləmək istədikləri məktəbi seçərkən tələskənliyə yol verməməlidirlər.
“Namizədlər vakant yer seçimi ilə bağlı qərar verməzdən əvvəl fikirlərini dəqiqləşdirsinlər. Yaxşı olar ki, onlar seçdikləri məktəblər haqqında məlumatlı olsunlar. Çünki namizədlər tanımadığı məktəbi seçib qəbul olunurlar, sonra isə ondan imtina edirlər. Nəticədə digər namizədin həmin yer üçün qəbul şansı azalır”,-deyə nazir müavini bildirib. |
|
25.07.2019 | 15:11 | |
|
|
|