TRT Bakı nümayəndəliyinin rəhbəri “Beynəlxalq Jurnalistika Məktəbi”ndə olub | |
“Beynəlxalq Jurnalistika Məktəbi”nin növbəti təlimi keçirilib. Layihənin budəfəki görüşü “Müasir TV jurnalistikasında xəbər standartları” mövzusunda baş tutub. Layihə rəhbərlərindən olan, jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev təlimçi, TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Murat Akkoça Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tarixi, inkişafı və müasir durumu ilə bağlı məlumat verərək görüşü açıq elan edib. Daha sonra M.Akkoç TRT-nin formalaşması, onun Türkiyə televiziya məkanında yeri və rolu, bugünkü vəziyyəti, yenilikləri ilə bağlı iştirakçılara bilgi verib. TRT-nin müxtəlif qurumlarının fəaliyyətindən danışan təlimçi tələbələrlə TV jurnalistikası, onun əsasları və xəbərlər-verilişlərin standartları haqqında da söhbət edib. O, həmçinin iştirakçılarla öz təcrübəsini və Türkiyədəki yeni medianın özəlliklərini bölüşüb. |
|
20.04.2018 | 10:22 | |
|
|
|