Dünyanın ən çox istinad olunan nüfuzlu universitetləri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İspaniyanın Webometrics reytinq agentliyi “Şəffaflıq reytinqi -Google akademik istinadlarına görə ən yaxşı universitetlər” (Transparent ranking: Top Universities by Google Scholar Citations in Top Google Scholar Profile) reytinqini açıqlayıb. Google Scholar Citations reytinqi bütün dünya üzrə 9500 universitet alimini, həmçinin, demək olar ki, Google Akademiyasında onların milyona yaxın şəxsi səhifəsini qiymətləndirib. Reytinqdə universitetin mövqeyini onun alimlərinin Google Scholar-da istinadlarının sayı ilə müəyyən edilir. Reytinqin tərtibçisi olan Cybermetrics Lab öz tədqiqatında dünyanın ən yaxşı universitetlərinin elmi-tədqiqat fəaliyyətinin nəticələrini qiymətləndirib. Bu reytinq bütün dünyada tədqiqatçıların Şəbəkədə yüksək məzmunlu daha çox sayda elmi işlərini dərc etdirməsi üçün əlavə motivasiyadır, həm də harada olmasından asılı olmayaraq məqalələri öz həmkarları üçün əlçatan etməkdir. Reytinq cədvəlindən göründüyü kimi, dünyada alimlərinin məqalələrinə istinadaların sayına görə universitetlərin böyük qismi ABŞ-ın payına düşür. Reytinqin ilk 10-luğunda yer alan ali təhsil müəssisələrindən 8-i ABŞ, 2-i Böyük Britaniyada yerləşir.
Reytinqdə ölkəmizi Azərbaycan Dövlət İqtisad Universiteti (4438-cü yer) və Bakı Dövlət Universiteti (4768-ci yer) təmsil edir. UNEC Azərbaycan ali təhsil müəssisələri arasında lider mövqedədir. Reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 1977, BDU alimlərinin məqalələrinə isə 1376 dəfə istinad edilib. UNEC cari reytinqdə mövqeyinə görə, ABŞ-ın “Dakota State University” , “Colorado State University Pueblo”, “Framingham State University” , “Lindenwood University”, “Nicholls State University” , Böyük Britaniyanın “University of London” , Avropanın “University of Vechta”, “University of Suffolk”, “Turku University of Applied Sciences” kimi digər universitetlərini qabaqlayıb.
Qeyd edək ki, Webometrics reytinq sistemi internet saytı olan universitetlərin məlumat bazası əsasında onların reytinqini müəyyən edir. 2004-cü ildən başlayaraq Webometrics ildə iki dəfə - yanvar və iyul aylarında universitetlərin reytinqini hazırlayır. Webometrics reytinq sistemi digər reytinq sistemlərindən kəskin fərqlənir. Burada heç bir universitetdən müraciət qəbul olunmur. Sistem sırf internet üzərinden xüsusi indikatorlarla veb sistemdə olan universitetlərin məlumatlarını analiz edərək onlara reytinq verir.
Daha ətraflı http://www.webometrics.info/en/transparent səhifəsindən tanış olmaq olar.
Oruc MUSTAFAYEV
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
23.07.2019 | 19:22 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|