YUNESKO: Ölkələr 2030-cu ilə qədər təhsil sahəsində öz öhdəliklərini yerinə yetirə bilməyəcək | |
BMT-yə üzv dövlətlər tərəfindən 2030-cu ilə qədər davamlı inkişaf gündəliyinin qəbul edilməsindən təxminən beş il keçir. YUNESKO-nun proqnozları göstərir ki, əgər qarşıdan gələn onillikdə mühüm irəliləyişlərə nail olunmasa, ölkələr təhsil sahəsində götürdükləri öhdəlikləri (DİM- Davamlı inkişaf məqsədləri 4) yerinə yetirə bilməyəcəklər. Xatırladaq ki, BMT-nin Davamlı inkişaf məqsədləri 4 hər kəs üçün inklüziv və keyfiyyətli təhsilin təmin olunması və ömür boyu təhsili təşviq edilməsidir. Bu proqnozlara görə, təhsilin hərtərəfli xarakter daşımasına baxmayaraq, 2030-cu ildə 6 yaşdan 17 yaşadək hər 10 uşaqdan altısı hələ də məktəb təhsilindən məhrum olacaq. Proqnozlar həmçinin göstərir ki, bütün dünyada uşaqların 40% - i orta təhsil ala bilməyəcək, Böyük Saharadan cənubda yerləşən Afrika ölkələrində isə hazırlıqlı müəllimlərin sayı azalmaqda davam edəcək və bu göstərici 50% -ə çatacaq.
Yeni proqnozların əks olunduğu "Öhdəliklərin yerinə yetirilməsi: ölkələr DİM-in 4-cü hədəfinə çatmaq üzrə müəyyən olunmuş xətti izləyirlərmi?" hesabatı YUNESKO-nun Statistika İnstitutu və Təhsilin monitorinqi üzrə Ümumdünya məruzəsi tərəfindən hazırlanıb. Bu proqnozlar daha çox narahatlıq doğurur, nəzərə alaq ki, DİM. 4-ə nail olunması sadəcə məktəbə qəbuldan çox effektiv tədris tələb edir.
İndiki tendensiyalarda təlimin templəri, gözlənildiyi kimi, orta gəlirli ölkələrdə durğunluğa məruz qalacaq və 2030 -cu iilərə qədər Afrikanın fransız dilli ölkələrində 3 dəfə azalacaq. Bundan başqa, təlim sürətləndirilməsə, aşağı gəlirli ölkələrdə gənclərin 20 faizi və yaşlıların 30 faizi əvvəlki kimi oxuya və müəyyən olunmuş vaxta qədər savadsızlığını ləğv edə bilməyəcək.
Məruzədə göstərilir ki, 2015-ci ildən bir çox ölkələr öz öhdəliklərini yerinə yetirmək məqsədilə bərabərlik və inteqrasiya məsələlərinə prioritet diqqət yetirirlər. Belə ki, Boliviyanın yerli xalqlarından olan şagirdlər məktəb vauçerlərinə verilir, Vyetnamda təhsil haqqı əhalinin ən yoxsul təbəqələri üçün ləğv edilir, Türkiyədəki qaçqın uşaqlara və Cənubi Afrikada ciddi intellektual pozuntulara malik uşaqlara isə şərti pul köçürmələri verilir.
Təlim həmçinin prioritet əhəmiyyətə malikdir, eyni zamanda ölkələrin üçdə biri zamanla tendensiyaların öyrənilməsi üçün təlimin qiymətləndirilməsini təqdim edir və dörd ölkədən biri öz tədris proqramlarında islahatlar aparmaq üçün təlim nəticələrindən istifadə edir.
Ölkələrin planları və onların təhsil sahəsindəki öhdəlikləri arasında ən zəif sinerji özünü, bir qayda olaraq, yalnız məktəbəqədər təhsil və səhiyyəni, sonra isə təhsili və əmək bazarını bağlamaq cəhdlərində büruzə verən sektorlararası əməkdaşlığın olmamasında göstərir.
Oruc MUSTAFAYEV
|
|
23.07.2019 | 14:16 | |
|
|
|