Pedaqoji mühazirələrin nəticələri bəlli olub | |
Respublika pedaqoji mühazirələri başa çatıb.
Pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübəsini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib.
Pedaqoji mühazirələrdə fərqlənən müəllimlər, məktəb rəhbərləri, psixoloqlar I, II, III dərəcəli diploma və Tərifnaməyə layiq görülüb.
Pedaqoji mühazirələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə çalışan pedaqoji işçilər də uğurla iştirak edərək, müvafiq nominasiyalar üzrə təltif olunublar.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini təmsil edən 16 nəfər pedaqoji mühazirələrdə qalib gəlib və fərqlənib.
Belə ki, 163 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova, 54 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səbinə Zeynalova, 62 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanımgül Həsənova I dərəcəli diplomla,253 nömrəli tam orta məktəbin direktoru Rafiq Şahverdiyev, 285 nömrəli tam orta məktəbin direktoru Səfurə Rəhimova, 173 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova, 80 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülanə Əliyeva, 157 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Novruzova, 297 nömrəli tam orta məktəbin psixoloqu Aynur Ələsgərova II dərəcəli diplomla, 202 nömrəli tam orta məktəbin tarix müəllimi Nuriyyə Hümmətova, 287 nömrəli "Zəkalar" liseyinin çağırışaqədərki hazırlıq rəhbəri İbrahim Rüstəmov, 128 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zəhra Əkbərova III dərəcəli diplomla təltif olunublar.
Həmçinin 314 nömrəli tam orta məktəbin direktoru Nazir Əliyev, 191 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəlalə Əsgərova, 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova və 276 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Aidə Ağayeva Tərifnaməyə layiq görülüblər.
Qeyd edək ki, pedaqoji mühazirələr 2 mərhələdə - rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil olunub. Ümumilikdə, ölkə mərhələsi üzrə 18 bölmədə 149 mühazirə dinlənilib.
Yekun mərhələdə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar 11, Bakı şəhəri 16, Naxçıvan Muxtar Respublikası, Psixologiya Elmi-Tədqiqat İnstitutu 5, Gəncə, Mingəçevir şəhərləri, Cəlilabad rayonu 4, Sumqayıt şəhəri, Samux rayonu 3, Təhsil İnstitutu 1, respublikanın digər şəhər və rayonları 93 məruzəçi ilə təmsil edilib.
|
|
16.07.2019 | 10:41 | |
|
|
|