Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə ana dili, ingilis dili, riyaziyyat fənləri üzrə müraciətlər daha çox daxil olub | |
Bu il ümumtəhsil müəssisələrində müəllim işləmək üçün müraciət edən namizədlərin 2300 nəfəri tədrisi başqa dildə aparılan təhsil müəssiəsiələri üzrə sənəd verib. Bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məlumat verib. Nazir müavini rus bölməsində müəllim işləmək üçün müraciət edənlərin sayının az olduğunu nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan bölməsinə bir fənn üzrə sənəd verənlərin sayı 2000 nəfər olduğu halda, rus bölməsində 40 nəfər təşkil edir.
M.Vəliyeva əlavə edib ki, ötən il müəllim işləmək üçün müraciət edən 51 min nəfərin 46 nəfəri müsabiqəyə buraxılıb. Bu il isə müraciət edən 54 687 namizədin 48 204 nəfəri imtahanda iştirak üçün təsdiq cavabı alaraq müsabiqəyə buraxılıb. O qeyd edib ki, müsabiqədə iştirak üçün ana dili, ingilis dili, riyaziyyat fənləri üzrə müraciətlər daha çox daxil olub.
Indiyədək 10 fənn üzrə imtahan keçirildiyini xatırladan nazir müavini Bakıda müəllim işləmək istəyənlər üçün keçid balının daha yüksək olduğunu da xatırladıb: “Bakı üçün keçid balı 48-dir. Amma necə ildir elə ixtisaslar var ki, məsələn, ingilis dili fənni üzrə müəllimlər 52 balla işə qəbul oluna bilmirlər. Çünki bu ixtisas üzrə müraciət edənlər daha yüksək nəticə əldə edirlər”. M.Vəliyeva qeyd edib ki, ötən il ərzində imtahan nəticəsi əsasında təhsil sistemində 12 min nəfər daimi əsaslarla işə qəbul olunub. Onların arasında yerdəyişmə əsasında işə qəbul edilənlər də var.
|
|
15.07.2019 | 14:59 | |
|
|
|