Marsa göndəriləcək kvadrokopter sınaqdan keçirilib

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (National Aeronautics and Space Administration - NASA) 2020-ci ildə Marsa göndəriləcək pilotsuz uçuş aparatının sınaqlarını əks etdirən videonu yayımlayıb.

 

www.belta.by saytının məlumatına görə, alimlər bir neçə ildir ki, Qırmızı planetin atmosferi şəraitində uça bilən aparatın hazırlanması üzərində çalışırlar. Bir çox mühəndislər bu istiqamətdə hazırladıqları layihələrini təqdim etsələr də, onların əksəriyyəti uğursuzluqla nəticələnib. Lakin kosmik agentlikdə uyğun konstruksiya tapılıb və yeni kvadrokopter sınaqdan keçirilib.

 

Dron Marsın atmosfer şəraitini təqlid edən kameraya yerləşdirilib. Pilotsuz uçuş aparatı müvəffəqiyyətlə uçub və bir neçə dəqiqə havada qalıb. 2020-ci ildə qurğu növbəti uçuşunu Marsın səthində gerçəkləşdirəcək.

 



13.07.2019 | 15:24