Test imtahanlarının ikinci günü

İyulun 9-da fizika, fransız dili və musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib.

 

Fizika üzrə test imtahanında iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Günay Məstəliyeva 57 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə edib.

 

G.Məstəliyeva 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fizika müəllimliyi ixtisası üzrə bakalavr, 2015-2017-ci illərdə isə Bakı Dövlət Universitetində optoelektronika ixtisası üzrə magistr təhsili alıb.

 

Fransız dili üzrə ən yüksək nəticəni Ayşən Niftəliyeva (53 bal), musiqi üzrə isə Gülnarə Hüseynova (50 bal) əldə edib. Ayşən Niftəliyeva 2015-2019-cu illərdə Azərbaycan Dillər Universitetində fransız dili müəllimliyi, Gülnarə Hüseynova isə 2013-2017-ci illərdə Şuşa Humanitar Kollecində musiqi müəllimliyi ixtisası üzrə təhsil alıb.

 

İyulun 10-da  rus dili və informatika fənləri üzrə test imtahanları keçiriləcək.

 



09.07.2019 | 21:08