Tələbələr rəqəmsal məzmuna niyə daha çox üstünlük verirlər?

Tələbələr öz tədqiqatlarında niyə  rəqəmsal məzmuna   daha çox üstünlük verirlər? Dünya İqtisadi Forumunun  hazırladığı son infoqrafiyalardan biri bu suala cavab verməyə imkan verir.  Hannover Tədqiqat Mərkəzi tərəfindən aparılmış sorğuda 3000 tələbə iştirak edib. Onlar rəqəmsal texnologiyalara niyə üstünlük vermələrini əsaslandırıblar.  Tələbələr bu sualın cavabı olaraq 6 ən yaxşı səbəbi göstərir. Bunlar aşağıdakılardır:

 

-  81% tələbə hesab edir ki, təlimin  rəqəmsal  texnologiyalarla aparılması onlara öz qiymətlərini  yüksəltməyə kömək edir.

 

-  97% tələbə məlumatların səmərəli qorunması üzrə  təlimin  adaptiv texnologiyasını tapıblar.    

 

  - 71% tələbə daha çox rəqəmsal kurs materialları ilə məşğul olur.

 

-   84% tələbə hesab edir ki,  rəqəmsallaşma  bilikləri yüksəldəcək.

 

 -  78% tələbə etiraf edir  ki, rəqəmsal təlim onlara kompüter elmlərini, riyaziyyatı və başqa texniki bacarıqları daha da yaxşılaşdırmağa kömək edir.

 

-  45% tələbə şəxsi qurğuda oxumaq istəyir.

   

-  79% tələbə təlimdə  onlayn-viktorinalara, adaptiv təhsilə  və elektron dərsliklərə  üstünlük verir.
   

Rəqəmsal məzmun dəyişikliyi və nəşrlər  təhsil və texnologiyanın birgə fəaliyyətdə başlanğıc addım kimi (EdTech) göstərilə bilər. Bu cür yanaşma təhsil institutları və eləcə də korporativ təşkilatlar tərəfindən əmək resurslarının öyrədilməsində bir yanaşma kimi də qəbul olunur.
 

Tələbələr bizim zamanımızda oxuma və öyrənmə üçün rəqəmsal məzmuna üstünlük verirlər, bu,  materialın onlar tərəfindən daha tez mənimsənilməsinə zəmanət verir.

 

 Bir neçə kitabın daşınması rəqəmsal məzmundan fərqli olaraq, insanı  fiziki cəhətdən  tükəndirə bilər. Mobil qurğuda saxlanmış materialı  gəzdirmək daha asandır  və zərurət olduqda istifadə etmək olar.

 

Oruc MUSTAFAYEV

 



06.07.2019 | 15:19