BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edilib | |
Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsinə BDU və Almaniyanın Vürsburq Universitetinin ikili diplomlarının verilməsi münasibətilə tədbir keçirilib.
2012-ci ildən etibarən reallaşdırılan birgə kadr hazırlığını yüksək qiymətləndirən rektor indiyədək 50 məzuna Vürsburq Universitetinin diplomlarının təqdim edildiyini, tədrisin ingilis və alman dillərində aparıldığını bildirib. Rektor Vürsburq Universitetinin bu məqsədlə Bakıda intensiv alman dili kusları təşkil etdiyini və tələbələrin Almaniyada təcrübə keçdiklərini də diqqətə çatdırıb.
BDU-nun, eyni zamanda, Almaniyanın Halle-Vittenberq Universiteti ilə hüquq üzrə fəlsəfə doktoru pilləsi istiqamətində kadr hazırlığına toxunan rektor, bu günlərdə Fransanın Lion-2 Universiteti ilə “Əqli mülkiyyət hüququ” sahəsində ikili dplom proqramının reallaşacağını, gələcəkdə ikili diplom proqramlarının bütün ixtisasları əhatə edəcəyinə əminliyini ifadə edib.
Vürsburq Universitetinin Hüquq fakültəsinin dekanı, professor Ekard Paxen proqramın məzunların karyera inkişafında böyük addım olduğunu bildirib. E.Paxen ikili diplom proqramının gələcəkdə hüquqla yanaşı digər sahələrdə də tətbiq ediləcəyi istiqamətində işlərin aparıldığını, əməkdaşlığın birgə tədqiqatlar, konfranslar, eləcə də elmə aid müxtəlif layihələri əhatə edəcəyinə inandığını vurğulayıb.
Tədbir 15 məzuna diplomların təqdim edilməsi ilə başa çatıb.
|
|
05.07.2019 | 18:10 | |
|
|
|