“Düzgün istinad et və plagiata yol vermə: Harvard istinad sistemi ilə tanışlıq”

Azərbaycan Dillər Universitetinin (ADU) “Təlimdə innovasiyalar” kafedrası və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Düzgün istinad et və plagiata yol vermə: Harvard istinad sistemi ilə tanışlıq” mövzusunda tədbir keçirilib. Tədbirdə təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların əməkdaşları, fakültənin tələbələri iştirak ediblər.

 

“Təlimdə innovasiyalar” kafedrasının baş müəllimi Könül Hacıyeva mövzu ilə bağlı təqdimat edib. O, plagiat, istinadetmə anlayışları, plagiatdan yayınma yolları, istinadetmə zamanı qarşıya çıxan problemlər, onların aradan qaldırılması yolları və Harvard istinad sistemi haqqında məlumat verib.

 

“Pedaqogika” kafedrasının dosenti Vidadi Bəşirov  təşkilatçılara təşəkkürünü bildirib və belə tədbirlərin silsilə şəklində keçirilməsinin vacibliyini vurğulayıb. “Təlimdə innovasiyalar” kafedrasının müdiri, dosent Aytən Bayramova növbəti tədbirin yaxın günlərdə ADU-nun magistratura şöbəsinin tələbələri üçün keçiriləcəyini qeyd edib.

 

Tədbir interaktiv şəkildə davam edib.



18.04.2018 | 15:31