“Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib | |
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib. Azərbaycan və rus bölmələrində təhsil alan magistrantlar informasiya hüququnun aktual mövzuları üzrə elmi tədqiqatlarını “Beynəlxalq ümumi hüquq” kafedrasında yerinə yetiriblər.
Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev professor Fərhad Abdullayevin təklif və tövsiyələrini yüksək qiymətləndirib, magistrlərə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, müdafiədə iştirak edən 7 magistrantın hər biri “əla” qiymət alıb.
|
|
04.07.2019 | 17:25 | |
|
|
|