İdmançılarımız 14 qızıl, 8 gümüş və 4 bürünc medalla vətənə dönüblər

Gürcüstanın Tbilisi şəhərində kyokuşinkai karate idman növü üzrə 18 yaşına qədər idmançılar arasında beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi bu idman növü üzrə 27 idmançı təmsil edib.

 

İdmançılarımız, məşqçilər-Vidadi Xəlilov və Akif Hüseynovun rəhbərliyi ilə 14 qızıl, 8 gümüş və 4 bürünc medalla vətənə dönüblər.

 

Beynəlxalq turnirdə medalların sayına görə Azərbaycan I, Gürcüstan II, İran İslam Respublikası isə III yerləri tutublar.

 

Qalibləri Respublika Bədən Tərbiyəsi  və İdman Mərkəzi də kubok və medallarla təltif edib.

 

 

Rəşad ZİYADOV

 



03.07.2019 | 19:56