8 tələbə “Baker Hughes, a GE Company” şirkətində təcrübə keçəcək | |
Bakı Ali Neft Məktəbində (BANM) nüfuzlu beynəlxalq neft-qaz şirkəti olan “Baker Hughes, a GE company” nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı tərəflər şirkətdə təcrübəyə seçilmiş BANM tələbələrinin istehsalat prosesi zamanı göstərdikləri performansları və əməkdaşlığın daha da genişləndirilməsi üzrə müzakirələr aparıblar.
BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin tələbə və məzunlarını diqqətdə saxladıqlarına və yaratdıqları yüksək səviyyəli şəraitə görə şirkətin nümayəndələrinə təşəkkürünü bildirib.
“Baker Hughes, a GE Company” şirkətinin Rusiyanın Xəzər regionunda neft xidmətləri üzrə vitse-prezidenti cənab Mahmud Kassem iş prosesi zamanı BANM məzunlarının səviyyəsindən məmnun qaldığını, onların kifayət qədər peşəkar kadr olduğunu bildirib. O, şirkətdə bu il istehsalat təcrübəsi üçün Ali Məktəbin daha 8 tələbəsinə yer ayrıldığını rektorun diqqətinə çatdırıb.
Qeyd edək ki, “Baker Hughes, a GE company” şirkəti dünyanın nüfuzlu neft-qaz şirkətlərindən sayılır. Şirkət əsasən, çoxşaxəli neft və mədən məhsulları, xidmətləri və rəqəmsal həlləri üzrə dünyanın ilk və yeganə tam təchizatçısıdır.
2015-ci ildən “Baker Hughes, a GE company” ilə qurulmuş yüksək əməkdaşlıq nəticəsində şirkətdə Ali Məktəbin tələbələrinin istehsalat təcrübəsi təşkil edilir, daha sonra məzunlar işlə təmin olunur.
|
|
25.06.2019 | 13:05 | |
|
|
|