Minskdə “Texnoloji dəyişikliklər şəraitində peşə təhsili” mövzusunda görüş | |
Belarus Respublikasının Minsk şəhərində “Texnoloji dəyişikliklər şəraitində peşə təhsili” seminarı keçirilib.
Bir sıra ölkələrin Təhsil Nazirliklərinin nümayəndələrinin iştirak etdiyi seminarda ölkəmizi Təhsil nazirinin müavini İdris İsayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov təmsil edib.
Minsk görüşünün əsas məqsədi peşə təhsili sistemində mövcud problemlər və potensial imkanlara fokuslanmaq, peşə təhsili sisteminin inkişafı məqsədilə təcrübə mübadiləsi aparmaqdan ibarət olub. Gənclərlə yanaşı əmək qabiliyyəti məhdud olan şəxslərin və yaşlıların təhsil imkanları, bu sahədə uğurlu təcrübənin bölüşdürülməsi görüşün əsas müzakirə mövzusu olub.
Seminar çərçivəsində Respublika Peşə Təhsili İnstitutuna, Belarus İnformatika və Radioelektronika Universitetinə və Minsk Dövlət Avtomexanika Kollecinə tanışlıq səfəri təşkil olunub, tədbirdə iştirak edən digər ölkələrin nümayəndələri ilə peşə təhsili sahəsində potensial əməkdaşlıq istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. |
|
22.06.2019 | 17:15 | |
|
|
|