Təhsil işçilərinin əməkhaqları artırılır
Ölkə Prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq sərəncamlara əsasən, sentyabrın 1-dən dövlət ümumi təhsil  və peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları artırılacaq.
 
Sərəncamlar neçə nəfərə şamil olunur? Müəllimlərin əməkhaqqı nə qədər artırılacaq?
 
“Təhsil” televiziyasının  “Təməl” verilişinin budəfəki buraxılışında bu və digər suallar müzakirə edilir.
 
Verilişin qonağı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovdur.



21.06.2019 | 16:47