BSU-da Azərbaycan Plovu Günü qeyd edilib

16 aprel 2018-ci il tarixdə Bakı Slavyan Universitetində “Azərbycan Plovu Günü” adlı tədbir keçirilib. Tədbirdə bir sıra xarici ölkə səfirliklərinin əməkdaşları, ombudsman Elmira Süleymanova, AZMİU-nun rektoru Gülçöhrə Məmmədova, Hesablama Palatasının auditoru Mehriban Alışanova və digər rəsmi şəxslər iştirak edib.

 

Tədbiri açan BSU-nun rektoru, professor Nurlana Əliyeva aprelin 11-də keçirilmiş prezident seçkilərinin Azərbaycan xalqının milli dövlətçilik ideyasına sədaqətini, onun siyasi aktivliyini və dövlət rəhbərinə dərin məbbətinini bir daha nümayiş etdirdiyini bildirib. N.Əliyeva Üümummilli liderin müəyyən etdiyi azərbaycançılıq siyasətinə söykənən milli dövlətçilik ideyasının ölkəmizin bütün tədris müəssislərində gənclərə aşılanmasını qarşıda duran ən vacib məsələ olduğunu bildirib. Qeyd edib ki, milli ideologiyanın tərkib hissələrindən biri də xalqın mətbəx mədəniyyətidir: “Mətbəx ölkədəki ictimai-siyasi durumu, sosial-iqtisadi vəziyyəti, ölkənin rifah halını, xalqın həyat şəraitini və həyat fəlsəfəsini göstərən başlıca faktorlardandır. Dövlət başçısının xüsusi qayğı və göstərişi ilə ilboyu təşkil olunan yarmarka və kənd təsərrüfatı məhsulları sərgisi insanlarımızın keyfiyyətli və sağlam ərzaq məhsulları ilə təminatına yönəlmiş real addımlardandır”. 

 

BSU rektoru Azərbaycan mətbəxini həm də xalqın mənəvi dəyərlərinin, qonaqpərvərliyinin, insanpərvərliyinin əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirib. O, BSU-da Azərbaycan Plovu Gününün  qeyd edilməsinin gənclərimizdə milli mətbəximiz haqqında fikir yaratmaq, onlara milli mətbəximizi sevdirməklə yanaşı, həm də Azərbaycan mətbəxini slavyan ölkələrinin xalqlarına və ümumiyyətlə, dünyaya tanıtmaq məqsədi daşıdığını bildirib.

 

Ukrayna Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)   Elmira Süleymanova çıxışlarında  tədbiri mədəniyyətimizin təbliği istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.



17.04.2018 | 10:07