Qalib komandalar mükafatlandırılıb

10, 14 və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında çimərlik futbolu üzrə Azərbaycan birinciliyi keçirilib.   

 

AFFA-nın və Azərbaycan Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilən yarışda 20 komanda qalib adı uğrunda yarışıblar. Turnirdə 10 yaşadək futbolçuların mübarizəsində “Sunami”, EFA və 8 nömrəli İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

 

Yarışda Bayram Quliyev (“Sunami”) ən yaxşı qapıçı, Vaqif Məmmədli (8 nömrəli İOEUGİM) isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu David Əbilov (“Gənclik”) olub.

 

EFA komandası isə 14 yaşadək futbolçuların yarışında birinci yeri tutub. “Təhsil” və “Asta” komandaları sonrakı iki yeri qazanıblar. Bu yaş qrupu üzrə Xəyal Dadaşov (EFA) ən məhsuldar futbolçu, Amir Qəribov (EFA) ən yaxşı qapıçı, Nicat Heydərov (“Təhsil”) isə ən yaxşı oyunçu kimi fərqlənib.

 

19 yaşadək futbolçuların mübarizəsində isə “İdman Akademiyası” komandası qələbə qazanıb.  EFA ikinci, “Soliton” isə üçüncü yerə layiq görülüblər.

 

Sonda qalib komandalar mükafatlandırılıb.

 

 

 Sifai SƏFƏROVA

 



19.06.2019 | 13:34