“İdman – sağlamlıq, dostluq, birlik...” rəsm müsabiqəsi | |
Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin Baş katibinin müavini Azər Əliyev, münsiflər heyətinin üzvləri, məktəb direktorları və digər rəsmi şəxslər iştirak ediblər.
Bakı şəhərində fəaliyyət göstərən 45 ümumtəhsil məktəbindən 6-10 və 11-14 yaş kateqoriyaları üzrə müsabiqəyə buraxılan 159 rəsm işindən 6-sı I yer, 12-si II yer və 16-sı III yerə layiq görülüb. Qiymətləndirmə münsiflər heyəti tərəfindən və sosial şəbəkə vasitəsi ilə aparılıb.
Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.
Müsabiqə Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 20-28 iyul tarixlərində nəzərdə tutulan Avropa Gənclərinin 15-ci Yay Olimpiya Festivalı çərçivəsində həyata keçirilib.
Müsabiqənin məqsədi Yay Olimpiya Festivalı haqqında məktəbliləri məlumatlandırmaq, olimpiya hərəkatını tanıtmaq, şagirdlərdə tolerantlıq, sülh, həmrəylik, dostluq hisslərini aşılamaq, uşaqların idmanla bağlı maraqlı fikir və düşüncələrini öyrənmək, yaradıcılıq qabiliyyəti və istedadlarını üzə çıxarmaqdan ibarət olub.
|
|
18.06.2019 | 16:50 | |
|
|
|