54 nömrəli tam orta məktəbdə “Son zəng” keçirilib

2018-2019-cu tədris ilinin başa çatması münasibətilə Bakıdakı 54 nömrəli tam orta məktəbdə “Son zəng” keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və valideynlər iştirak ediblər.

 

Məktəbin  direktoru Sahibə Abbasova ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, rəhbərlik etdiyi təhsil ocağının  qazandığı uğurları diqqətə çatdırıb.

 

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Müşfiq Kərimli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Elmira Mehdiyeva, valideynlər və  digər qonaqlar məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib, onlara müəllimlərin etimadını doğrultmağı, Vətənimizə layiqli insan kimi yetişməyi arzulayıblar.

 

Onbirincilərin hazırladıqları bədii proqramdan sonra “Son zəng” çalınıb.

 

Şakir CƏFƏROV

 



14.06.2019 | 15:40