"Gənclər üçün Əmək Yarmarkası - 2019" | |
İyunun 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.
Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.
Əmək yarmarkasında bütün ali məktəblərdə təhsil alan, o cümlədən əlilliyi olan tələbə, magistr və məzunlar təklif olunan müxtəlif iş vakansiyası və təcrübə proqramlarına müraciət edə biləcəklər.
Əmək yarmarkasında iştirak etmək istəyənlər mezun@unec.edu.az ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək.
|
|
07.06.2019 | 11:02 | |
|
|
|