“YARAT” Müasir İncəsənət Məkanında “Nağıllar aləminə səyahət” | |
Paralimpiyaçı uşaqların iştirakı ilə “YARAT” Müasir İncəsənət Məkanında “Nağıllar aləminə səyahət” adlı tədbir keçirilib.
Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar yaşıdları ilə birlikdə baş rolları ifa ediblər. Azərbaycan və dünya xalq nağıllarından müxtəlif səhnələri Uşaq Paralimpiya Komitəsinin 15 idmançısı və 234 nömrəli tam orta məktəbin 62 şagirdi nümayiş etdirib.
Uşaqlar tədbir vasitəsilə paralimpiyaçıların idmandan başqa sahələrdə də istedadlı və bacarıqlı olduqlarına şahidlik ediblər.
Xartırlaraq ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və UNICEF-in dəstəyi ilə reallaşan tədbirə “YARAT” Müasir İncəsənət Məkanı və Bakı Nəqliyyat Agentliyi təşkilati dəstək göstəriblər.
Sifai SƏFƏROVA
|
|
04.06.2019 | 09:58 | |
|
|
|