ADAU-da yaz semestrinin imtahan sessiyası başlayıb | |
Iyunun 3-dən başlayaraq Azərbaycan Dövlət Aqrar Universitetində 2018-2019-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Boloniya tədris prosesinin tələblərinə uyğun olaraq universitetdə bu semestrin imtahanları test və şifahi üsullarla keçiriləcək.
ADAU – nun Mətbuat və ictimaiyyətlə əlaqə şöbəsindən verilən məlumata görə İmtahan prosesinə hazırlıq səviyyəsində heç bir problem olmayıb. Sessiyadan bir ay əvvəl tələbələrin daha yaxşı hazırlığı üçün suallar verilib, imtahanların test və ya şifahi keçirilməsi barədə tələbələrlə məsləhətləşmələr aparılıb, onların bütün arzuları nəzərə alınıb. Hər dəfə olduğu kimi yenə appelyasiya və imtahanlara nəzarət komissiyaları yaradılıb. Təbii ki, bütün işlər şəffaflıq naminədir. Son 15 gündə Kənd Təsərrüfatı naziri İnam Kərimov 2 dəfə universitetdə olub, müxtəlif tələbə qrupları ilə görüşlər keçirib, tədbirlərdə iştirak edib.
Qeyd edək ki, valideynlər, KİV və ictimaiyyətin nümayəndələri imtahan prosesini auditoriyalarda açıq izləyə bilərlər.
|
|
03.06.2019 | 16:22 | |
|
|
|