Glimmer proqramı üzrə “Məzun günü” | |
Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzinin (AgroCenter) Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) həyata keçirdiyi kənd təsərrüfatı sahələri üzrə Glimmer Tədris Təkmilləşdirmə proqramının 2018-2019-ci tədris ili üzrə “Məzun günü” keçirilib.
Aqronomluq fakultəsində təşkil olunan tədbirdə ADAU-nun rəhbərliyi, proqramın müəllim heyəti və əməkdaş şirkətlərin nümayəndələri iştirak edib.
Tədbirdə universitetin rektoru, AMEA-nin müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib. O, tələbələrə uğurlar arzulayıb, kənd təsərrüfatı mütəxəssislərinin ölkə iqtisadiyyatında rolundan danışıb.
Proqramı müvəffəqiyyətlə başa vuran tələbələr sertifikatlar və hədiyyələrlə təltif edilib.
|
|
31.05.2019 | 17:31 | |
|
|
|