Gənc bioloqların finalçıları açıqlanıb | |
Gənc bioloqların yaradıcılıq müsabiqəsinin rayon mərhələsinin nəticələri bəlli olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin rayon mərhələsində 261 ümumi təhsil müəssisəsindən 783 şagird mübarizə aparıb.
Rayon mərhələsinin nəticələrinə əsasən, Suraxanı rayonu üzrə 76, Xəzər rayonu üzrə 117, Pirallahı rayonu üzrə 235, Nizami rayonu üzrə 312, Yasamal rayonu üzrə 153, Qaradağ rayonu üzrə 228, Nərimanov rayonu üzrə 258 nömrəli tam orta məktəblər, Sabunçu rayonu üzrə 72 nömrəli məktəb-lisey, Nəsimi rayonu üzrə Texniki-humanitar lisey, Səbail rayonu üzrə 160 nömrəli Klassik gimnaziya qalib gələrək final mərhələsinə vəsiqə qazanıblar.
Eyni bal topladıqlarına görə Binəqədi rayonu üzrə 182 və 244 nömrəli tam orta məktəblər, Xətai rayonu üzrə 191 nömrəli tam orta məktəb və 287 nömrəli “Zəkalar” liseyi də müsabiqənin final mərhələsində iştirak hüququ əldə ediblər.
Rayon mərhələsində şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.
Qeyd edək ki, məktəblilərin biologiya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X, XI sinif şagirdləri iştirak edir. |
|
31.05.2019 | 15:30 | |
|
|
|