Nizami Kino Mərkəzində uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub | |
Mayın 30-da Nizami Kino Mərkəzində diqqət və qayğıya xüsusi ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir “Salnaməfilm” sənədli filmlər studiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında məlumat verilib. Qeyd olunub ki, Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü, eyni zamanda təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində mayın 27-dən 31-dək “Uşaq kinosu həftəsi” keçirilir. Kino həftəsi çərçivəsində 16 müəssisədə 32 film nümayiş olunur.
Əsas məqsədi uşaqlara sevinc və təbəssüm bəxş etmək olan tədbirdə sonra uşaq kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim edilib, cizgi filmləri nümayiş olunub.
Samirə KƏRİMOVA
|
|
30.05.2019 | 15:00 | |
|
|
|