46 Bakı məktəblisi olimpiada qalibidir | |
2018-2019-cu tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 46 paytaxt məktəblisi qalib olub. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5 nəfər qızıl, 11 nəfər gümüş, 30 nəfər bürünc medal qazanıb.
Qeyd edək ki, mayın 5-də ADA Universitetində informatika, 25-də isə Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür.
Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi iyunun sonlarında təşkil ediləcək.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
|
|
29.05.2019 | 15:18 | |
|
|
|