Açıq tipli tapşırıqlar üzrə maksimal bal açıqlanıb

Qəbul imtahanlarında istifadə olunan qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə toplanılması mümkün olan maksimal bal açıqlanıb. Verilən cədvəldə həm qəbul imtahanının birinci mərhələsi, yəni buraxılış imtahanı üzrə , həm də ikinci mərhələsi, yəni ixtisas qrupları üzrə toplanması mümkün olan maksimal bal göstərilib.

 

Beləliklə, birinci mərhələdə maksimal 300 bal toplamaq mümkündür. Tədris dili fənni üzrə 30 tapşırıqdan 20-si qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 50 bal toplanıla bilər.

 

Riyaziyyat fənni üzrə 25 tapşırıqdan 18-i qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 56.3 bal toplanıla bilər.

 

Xarici dil fənni üzrə 30 tapşırıqdan 23-ü qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 62.2 bal toplanıla bilər.

 

Bu mərhələ üzrə abituriyentlər toplaya biləcəkləri 300 baldan 168.5 balı uzun illərdir istifadə olunan qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər.

 

Qəbul imtahanının ikinci mərhələsində maksimal 400 bal toplamaq olar.

 

Bir fənn üzrə qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli 27 81.8 bal toplamaq mümkündür. Həmin tapşırıqdan 22-si qapalı, 5-I isə ənənəvi açıqdır.

 

İmtahanda 3 fənn və 2 əsas fənn üzrə çəki əmsalının 1.5 olduğunu nəzərə alsaq, ümumilikdə 327.2 bal toplamaq olur. Yəni abituriyentlər imtahanın ikinci mərhələsində toplaya biləcəkləri 400 baldan 327.2 balı qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər.

 

Beləliklə abituriyentlər imtahanın hər iki mərhələsi üzrə toplaya biləcəkləri 700 baldan 495.7 balı uzun illərdir istifadə olunan qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər. Onlar yeni növ , yəni yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqlardan 204.3 bal toplaya bilərlər.

 

Qəbul imtahanlarında qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə toplanılması mümkün olan maksimal bal 

 

İmtahanın mərhələsi    

Fənlər

Qapalı sualların sayı    

Kodlaşdırıla bilən açıq suallar    

Toplanıla bilən maksimal bal

1-ci mərhələ

Ana dili

20

0

50,0

Riyaziyyat

13

5

56,3

Xarici dil

23

0

62,2

1-ci mərhələ üzrə CƏMİ (maksimal 300)

168,5

 

2-ci mərhələ

      1.5 əmsallı fənn

22

5

122,7

1.5 əmsallı fənn

22

5

122,7

1 əmsallı fənn

22

5

81,8

2-ci mərhələ üzrə CƏMİ (maksimal 400)

327,2

 

Hər iki mərhələ üzrə CƏMİ (maksimal 700)

495,7

           

 

 



27.05.2019 | 16:17