PİSA-2018-də iştirak edəcək şagirdlər üçün seminar-dərslər başa çatıb

Paytaxt məktəblərində PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər üçün təşkil olunan seminar-dərslər yekunlaşıb.

 

Beynəlxalq qiymətləndirmə üzrə koordinatorlar tərəfindən keçirilən seminar-dərslər 20 fevral -10 aprel 2018-ci il tarixlərini əhatə edib.

 

Seminar - dərslərdə 2017-ci ilin iyun və dekabrında təşkil olunmuş sınaq qiymətləndirmələrdə yüksək nəticə göstərmiş 2002-ci il təvəllüdlü şagirdlər iştirak edib.

 

Seminar-dərslərin keçirilməsində əsas məqsəd məktəbliləri PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatı, həmçinin, qiymətləndirmə zamanı tətbiq edilən qayda və üsullar  barədə məlumatlandırmaq, eləcə də şagirdlərdə müvafiq mətnlər üzrə işləmək vərdişləri formalaşdırmaqdan ibarətdir.

 

Təhsil İnstitutu tərəfindən yerinə yetirilən seminar-dərslərdə iştirak etmiş paytaxt məktəbliləri aprelin 2-ci və 3-cü ongünlüyündə, eləcə də mayda PİSA beynəlxalq qiymətləndirmə tədqiqatına qatılacaq.

 

Beynəlxalq qiymətləndirmə tədqiqatının elektron əsaslı olması nəzərə alınaraq məktəblilərin istifadəsi üçün www.istedad.edu.az  saytı da yaradılıb. Saytda Azərbaycan dili, kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat fənləri üzrə simulyativ tapşırıqlar yerləşdirilib.



12.04.2018 | 17:57